Doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının təqdimatı keçirildi Aprel 12, 2019 | 04:00 / Konfranslar, iclaslar

Aprelin 12-də “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” layihəsinin yekunlarına həsr olunan tədbirdə doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının təqdimatı keçirildi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə yaradılmış portalı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi b.ü.f.d. Esmira Əlirzayeva təqdim etdi.

O, bildirdi ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın əsas məqsədi mövcud məlumatlara əlyetərliliyin artırılması istiqamətində dövlət siyasətinə dəstək verilməsi və Azərbaycanda təhsil alan bütün doktorantlar haqqında məlumatların bir bazada cəmləşdirilməsidir. Sistemin Fransanın Monpelye Universitetində mövcud olan portal əsasında yaradıldığını deyən E.Əlirzayeva doktorantlar və elmi rəhbərlərin qeydiyyatdan keçərək məlumatlarını yerləşdirməsi prosesini izah etdi.

E.Əlirzayeva doktorantların hər il keçdikləri attestasiyanın nəticələrinin sistemdə öz əksini tapacağını və doktorantlar müdafiə etdikdən sonra belə onlar haqqında məlumatların portalda saxlanılacağını bildirdi.

İdarə rəisi, həmçinin qeyd etdi ki, burada ölkəmizdə doktorantura təhsil sistemi ilə bağlı mövcud rəsmi sənədlər, doktoranturaya qəbul olmaq iddiasında olan şəxslərin hüquq və vəzifələri haqqında məlumatlar yer alıb.

Onun sözlərinə görə, AMEA-nın bütün elmi qurumlarında bu portala məsul şəxslər fəaliyyət göstərəcək. E.Əlirzayeva sistemin, həmçinin xaricdə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulduğunu dedi, portalda doktorantların işlə təmin olunması üçün imkanların təqdim edildiyini vurğuladı.

Sonda məruzəçi plagiatlığın qarşısının alınması və şəffaflığın təmin olunması üçün doktorantların avtoreferatlarının elektron variantlarının portalda yerləşdirilməsinin planlaşdırıldığını nəzərə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı