İnstitutun Tədris-İnnovasiya Mərkəzində Bakı Dövlət Universitetinin tələbələrinə təlim keçirilib Aprel 05, 2019 | 11:00 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi  başa çatıb. Magistraturanın ikinci pilləsinə hazırlıq məqsədilə 3 və 4 aprel 2019-cu il tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 14-cü proqram (kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter elmləri ixtisasları) üzrə Bakı Dövlət Universitetinin tələbələrinə təlim keçirilib.

Təlimi institutun böyük elmi işçisi Rəhilə Həsənova aparıb. O, verilənlərin sturukturu və alqoritmlər, əməliyyat sistemləri, proqramlaşdırmanın əsasları, proqram təminatı, informasiya sistemləri və verilənlər bazası, informasiya təhlükəsizliyi və 14-cü proqrama daxil olan digər mövzular barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda tələbələr Mərkəzlə yaxından tanış olublar. Onlara Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Qeyd edək ki, respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənndən doktorluq imtahanının qəbulu, AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi fənnlərin tədrisi, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə distant kursların, seminar və konfransların təşkili, magistraturaya və dövlət qulluğuna hazırlıq kurslarının təşkili, eləcə də informasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsimərkəzin əsas fəaliyyət istiqamətləri sırasına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı