Ən uzun elektroavtobus təqdim edilib

03 Aprel 2019 - 12:30 | Maraqlı məlumatlar
Ən uzun elektroavtobus təqdim edilib

Avtomobil istehsalı şirkəti olan “BYD” dünyada ən uzun “K12A” elektroavtobusunu təqdim edib. Uzunluğu 27 metr, maksimal sürəti 70 km/saat təşkil edən “K12A” 250 sərnişin daşımaq imkanına malikdir.

robo-hunter.com saytının məlumatına əsasən, “K12A” 4WD (4 gedişli mühərrik) sistemli ilk elektroavtobusdur. Bu isə, avtobusa müxtəlif ərazilər üzrə hərəkət etməyə və ümumi enerji istehlakını aşağı salmağa imkan verir.

Elektroavtobus Çinin Şençjen şəhərində təqdim edilib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi xüsusi olaraq Kolumbiyada “TransMilenio” sürət avtobusları sistemi üçün hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.