OpenStack bulud əməliyyat sisteminin üstünlükləri müzakirə olunub Fevral 28, 2019 | 12:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “OpenStack bulud əməliyyat sisteminin üstünlükləri” mövzusuna həsr olunduğunu bildirdi.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Tural Mustafayev qeyd etdi ki, bulud sistemi qurmaq üçün açıq mənbəli əməliyyat sistemi olan OpenStack virtual maşınlar, konteynerlər və fiziki maşınlar üçün bir platformaya sahib olmağa imkan verən və proqramlaşdırıla bilən infrastrukturdur.

OpenStack cloud modelləri haqqında məlumat verən məruzəçi vurğuladı ki, “Public cloud” modeli dünyanın 60-dan çox data mərkəzində mövcuddur.

Onun sözlərinə görə, “Private cloud” modeli bir istifadəçiyə təhkim olunub və vendorun data mərkəzində yaxud şəxsi serverdə yüklənə bilmək imkanına malikdir. “Private” və “public” buludların hər ikisinin istifadə olunduğu, “Hybrid cloud” modeli isə istifadəçinin istəklərinə uyğun sazlanır.

Məruzəçi, həmçinin OpenStack arxitekturası, İT resursların avtomatlaşdırılması, İT xidmətlərin sürətli çatdırılması, komponentləri, “Rackspace Private Cloud” arxitekturası barədə məlumat verdi.

Sonra T.Mustafayev açıq tipli əməliyyat sisteminin üstünlüklərindən də söz açdı. Qeyd etdi ki, buraya azad seçim etmək və satıcıları dəyişmək imkanı, inkişaf xəritəsinə kömək etmək və ya birbaşa təsir etmək bacarığı, cəmiyyətin bir hissəsi olmaq, məlumatları bölüşmək və s. daxildir.

Məruzəçinin sözlərinə görə, biznes üçün həllər təklif edən bu sistemdə vendor asılılığından azad olmaq, innovasiyaları sürətləndirmək və əməliyyatların effektivliyini artırmaq olar.

O, Harvard Universiteti, Çinin “State Grid” şirkəti, “Ebay”, “Walmart” və “PayPal” kimi ticarət, maliyyə, telekommunikasiya, elm, sığorta, əyləncə və digər sahələrdə fəaliyyət göstərən qurumların OpenStack istifadəçisi olduqlarını qeyd etdi.

T.Mustafayev, həmçinin OpenStack fondu və onun sponsorları, OpenStack icmasına üzv olan ölkə və qurumlar, digər icmalarla əlaqə və inteqrasiya məsələlərindən də bəhs etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı