İnstitutun direktor köməkçisi Mahmud Vəlibəyov Fəxri Fərmanla təltif olunub Fevral 28, 2019 | 09:16 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor köməkçisi Mahmud Vəlibəyov institutun inkişafında xüsusi xidmətlərinə görə, həmçinin anadan olmasının 70 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Fərmanı yubilyara təqdim edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev M.Vəlibəyovu rəhbərlik etdiyi kollektiv adından təbrik edib və yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Akademik bildirib ki, institutun çoxillik fəaliyyətində böyük xidmətləri olan M.Vəlibəyova xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Uzun müddət institutun direktor müavini vəzifəsində çalışmış M.Vəlibəyov hazırda institutda direktor köməkçisi vəzifəsində işləyir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı