Vətəndaş elminin təhlükəsizlik problemləri araşdırılır Fevral 25, 2019 | 04:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev seminarın “Vətəndaş elmi: təhlükəsizlik problemləri və həlli yolları” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Nərgiz Verdiyeva vətəndaş elminin xüsusiyyətləri, vətəndaş elmində inklüzivlik, təhlükəsizlik problemlərinin təsnifatı, təhlükəsizliyin təmin edilməsi yolları barədə məlumat verdi. Məruzəçi qeyd etdi ki, geniş məkan və zaman kateqoriyalı kəmiyyət ölçmələri, müşahidələr, böyük həcmli verilənlərin toplanmasında çox sayda könüllünün iştirakı, eləcə də maliyyələşmənin olmaması və verilənlərin onlayn toplanması vətəndaş elminin əsas xüsusiyyətləridir.

Vətəndaş elmində inklüzivliyin təmin olunması məsələlərindən danışan N.Verdiyeva 2016-cı ildə Berlində keçirilmiş Avropa Vətəndaş Elmi Assosiasiyasının (ECSA)beynəlxalq konfransında bu problemlərin müzakirə olunduğunu diqqətə çatdırdı.

Məhdudiyyətli şəxslər üçün inklüzivliyin təmin olunması istiqamətində görülən işlərdən danışan məruzəçi ABŞ-ın timsalında məhdudiyyətli şəxslərə elm və təhsil sahəsində peşakar imkanların yaradıldığını qeyd etdi.

Daha sonra N.Verdiyeva təhlükəsizlik problemləri, informasiya təhlükəsizliyi üzrə siyasətləri həyata keçirən qurumlar, uşaqların təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan “BudBurst” layihəsi barədə ətraflı məlumat verdi. O, həmçinin Citsci.org saytı, “iNaturalist” və “eButterfly” layihələrində bu sahədə görülən işlər haqqında məlumatları da nəzərə çatdırdı.

Məruzəçi Avropa Vətəndaş Elmi Assosiasiyasının təşəbbüsü ilə “Vətəndaş elminin 10 prinsipi”nin bəyan edildiyini və onlardan ikisinin vətəndaş elmində inklüzivliyə, digər iki bəndlərin isə təhlükəsizliklə əlaqəli məqamlara həsr olunduğunu qeyd etdi.

Vətəndaş elmi layihələrində informasiya təhlükəsizliyinin təmin olunması və bu kimi problemlərin həlli yollarından bəhs edən N.Vərdiyeva İT-nin son nailiyyətlərinin tətbiqi ilə vətəndaş elminin intensiv olaraq inkişafına, vətəndaş elmində inklüzivliyin təmin olunması ilə iştirakçı məhdudiyyətlərinin aradan qaldırılmasına və tədqiqatların keyfiyyətinin artırılmasına müsbət təsirlərini vurğuladı.

Sonda məruzəçi qeyd etdi ki, informasiya təhlükəsizliyinin konfidensiallıq, tamlıq və əlyetənliyin təmin edilməsi və fərdi məlumatların qorunması məsələləri vətəndaş elminin effektiv mühafizəsi üçün prioritet istiqamətlərdir. O, həmçinin informasiya təhlükəsizliyi üzrə təqdim olunmuş konseptual yanaşmanın tətbiqi ilə vətəndaş elminin inkişafında mühüm nəticələr əldə olunacağını bildirdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı