Akademik Rasim Əliquliyev: “İnstitutda əldə olunan elmi nailiyyətlərin populyarlaşdırılması vacibdir” Fevral 15, 2019 | 04:34 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun İctimaiyyətlə əlaqələr şöbəsinin 2018-ci il üzrə fəaliyyətinin yekunları və 2019-cu il üçün fəaliyyət planı müzakirə olundu.

Şöbə müdiri Rasim Mahmudov 2016-2018-ci illər ərzində www.ikt.az saytına müraciətlərin dinamikasını təqdim etdi, 2018-ci ildə əvvəlki müvafiq dövrlərlə müqayisədə müraciətlərin sayında artım müşahidə olunduğunu vurğuladı. O, həmçinin 2017-2018-ci illər ərzində www.ikt.az saytına olan müraciətlərin aylar və ölkələr üzrə paylanması, 2018-ci il ərzində sayta müraciətlərin dil versiyasına görə dinamikası, saytın “Xəbərlər” bölməsinin statistikası, institutun struktur bölmələri tərəfindən sayta göndərilən materialların sayına görə şöbələrin reytinqi, eləcə də, institutun fəaliyyətinin elektron mediada işıqlandırılması, institut əməkdaşlarının televiziya kanallarında çıxışlarının və İnfoTV-də hazırlanan video-materialların statistikasını nəzərə çatdırdı.

R.Mahmudov 2018-ci ildə elmin təbliğindəki xidmətlərinə görə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən Təşəkkürnamə ilə təltif edildiyini də diqqətə çatdırdı.  

Rəhbərlik etdiyi şöbənin 2019-cu il üzrə fəaliyyət planından danışan məruzəçi şöbədə ictimaiyyətlə əlaqələr üzrə siyasətin, KİV-lə əlaqələrin, institutun rəsmi ikt.az saytı, İnfoTV və İnteraktiv İnformasiya Lövhəsinin istismarının və kontent təminatının həyata keçirilməsi ilə bağlı görüləcək işlər haqqında məlumat verdi. Həmçinin şöbə əməkdaşlarının yeni media ilə bağlı nəzərdə tutulan elmi tədqiqat işlərini diqqətə çatdırdı.  

Daha sonra fəaliyyət planına dair çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev İctimaiyyətlə əlaqələr şöbəsinin ötən ilki fəaliyyətini qənaətbəxş hesab edərək, institutda əldə olunan nailiyyətlərin və elmi yeniliklərin daha da populyarlaşdırılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Həmçinin şöbənin fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı