Kripto pul kisələrinə müdaxilə edən yeni virus aşkar edilib

01 Fervral 2019 - 09:10 | Maraqlı məlumatlar
Kripto pul kisələrinə müdaxilə edən yeni virus aşkar edilib

“Doktor Veb” şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta pul kisələrindən parolları oğurlayan kompüter virusu aşkar edilib.

iz.ru saytının məlumatına görə, haker proqramının tərtibatçıları mayninqlə bağlı saytlarda virusu rəqəmsal valyutaların kurs dəyişikliyini izləməyə imkan verən proqram adı altında yükləməyi təklif edirlər.

Virus tərtibatçının “Github”da şəxsi hesabından mənbə kodunu yükləyir, kompilyasiya və icra edir, bundan sonra troyan proqramının köməyilə fərdi məlumatları oğurlayaraq onları hakerlərə göndərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.