Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri üzrə araşdırmalar davam etdirilir Fevral 01, 2019 | 11:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ildə süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətində elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodların işləniləcəyini qeyd etdi. Şöbə müdiri bu mövzu çərçivəsində əhalinin sağlamlığına təsir edən amillərin müəyyənləşdirilməsi və onların ölkənin tibbi-demoqrafik proseslər ilə əlaqəsinin təyin ediləcəyini, ölkənin tibbi təhlükəsizliyi infrastrukturunda ərazi-paylanmış tibbi-demoqrafik göstəricilərin təhlili və onların intellektual idarə olunması üçün sağlamlığa təsir edən amillərlə səbəb-nəticə əlaqələrinin aşkarlanacağını, eləcə də opinion mining texnologiyaları əsasında tibbi sosial şəbəkələrdə sentiment analizin aparılacağını diqqətə çatdırdı.

Məruzəçi çıxışına davam edərək IoT-dan istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətinin parametrlərini daimi izləyən intellektual monitorinq sisteminin metodoloji əsaslarının işlənməsi mövzusu üzrə cari ildə görüləcək işlərdən danışdı və bildirdi ki, bu mövzu üzrə işçilərin fiziki vəziyyətinin iyerarxik intellektual monitorinq sisteminin arxitektur prinsiplərinin işlənilməsi, intellektual monitorinq sisteminin iyerarxiya səviyyələri üzrə işçilərin fiziki vəziyyətinin qiymətləndirilməsi məsələlərinin müəyyənləşdirilməsi və modelləşdirilməsi, fizioloji monitorinqin nəticələrinə görə işçinin fiziki vəziyyətinin qiymətləndirilməsi metodu və alqoritmin işlənilməsi nəzərdə tutulur.

M.Məmmədova bildirdi ki, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi, informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsiri modellərinin işlənməsi 2019-cu ildə şöbədə həyata keçiriləcək elmi-tədqiqat işləri sırasındadır.

Sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti ilə bağlı görüləcək işlərdən söz açdı. Qeyd etdi ki, hər il olduğu kimi, bu il də jurnallardan göndərilmiş məqalələrə rəyin hazırlanması, dissertasiya və avtoreferatların elmi ekspertizası, şöbə əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların “Vikipediya”da yerləşdirilməsi planlaşdırılır.

M.Məmmədovanın sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda elmi məqalələrin nəşri qarşıya qoyulan əsas hədəflərdəndir.

O, həmçinin cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək plan üzrə təkliflərin nəzərə alınmasını və şöbənin elmi potensialının gücləndirilməsini tövsiyə etdi. Alim e-tibbin çoxaspektli problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı