Veb-texnologiyaların elmi-nəzəri problemləri araşdırılır Yanvar 31, 2019 | 12:39 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 16 saylı şöbənin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Fəaliyyət planını təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri barədə məlumat verdi. O, e-dövlətin formalaşması problemləri üzrə veb-texnologiyaların elmi-nəzəri problemlərinin araşdırılması, e-demoqrafiyanın formalaşdırılması və intellektual analiz texnologiyalarının işlənilməsi və e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlərin yaradılması konsepsiyasının işlənilməsinin nəzərdə tutulduğunu söylədi.

Terminoloji informatikanın formalaşması üzrə aparılacaq tədqiqatlardan danışan G.Nəbibəyova bu məqsədlə Milli Terminoloji İnformasiya mühitinin OLAP əsasında qurulması, analizi, qərarların qəbulunu dəstəkləyən sistemin işləniləcəyini vurğuladı. Şöbə müdiri veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndiriləcəyini və intellektual analizinin aparılacağını, veb-spamlarla mübarizə texnologiyalarının və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemlərinin araşdırılacağını qeyd etdi. 

G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində www.transliterasiya.az saytının dizaynının və proqram təminatının işləniləcəyini nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, AMEA  İnformasiya Texnologiyaları İnstitutunun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin, AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqinin aparıldığını, tərcümə işlərinin görüldüyünü vurğuladı.

G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verdi. Şöbə müdiri qeyd etdi ki, cari ildə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində “Horizon-2020” proqram layihəsi üçün təkliflər işləniləcək.

Fəaliyyət planına dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı