İnformasiya Texnologiyaları İnstitutunda antiplagiat xidməti yaradılacaq Yanvar 31, 2019 | 12:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında antiplagiat xidmətinin yaradılması haqqında məruzə ilə çıxış edən institutun böyük elmi işçisi Rəhilə Həsənova plagiatlığın növləri haqqında məlumat verdi. Bildirdi ki, plagiatlıq birbaşa köçürmək, minimalist (mənbə materialından bir neçə söz və ya frazanın dəyişdirilməsi, lakin əsas məzmun və strukturun eyni saxlanılması), birləşdirmək və digər üsullarla həyata keçirilir.

O, həmçinin lisenziyasız proqram təminatı yükləmələri reytinqini və “Symantec” şirkətinin İnternet təhlükəsizliyi təhdidləri hesabatını təqdim etdi. Məruzəçinin sözlərinə görə, 2015-ci il hesabatına əsasən, həmin ildə hər gün 1 milyondan çox yeni təhdid yaradılıb, kibercinayət hücumlarının sayı 35% artıb və bu hücumların 65%-i kiçik və orta həcmli təşkilatlara hədəflənib.

R.Həsənova İnternetdə onlayn olaraq təqdim olunan antiplagiat sistemlərindən danışdı, plagiatlıqla mübarizə yollarını diqqətə çatdırdı. Antiplagiat sistemlərinin mətnin şəklini çəkib onu digər mətnlərlə müqayisə etməklə qiymətləndirilməsi, mətnlərin avtomatik avtoreferatının çıxarılması və onların yoxlanılması, latın və kiril əlifbalarına uyğun mümkün variasiyaların yoxlanılmasını həyata keçirdiyini qeyd etdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev antiplagiat sistemlərinin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiqinin plagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Alim, həmçinin ölkəmizdə milli antiplagiat sisteminin yaradılmasının zəruriliyini vurğuladı.

Akademik antiplagiat sahəsində elmi-tədqiqatların aparılmasının vacibliyini önə çəkərək institutda bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirlməsinin əhəmiyyətini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı