AMEA magistrantlarının ingilis dili fənnindən imtahanı keçirildi Yanvar 14, 2019 | 04:00 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində akademiyada 2018/2019-cu tədris ili üzrə təhsil alan I kurs magistrantların ingilis dili fənnindən bilik səviyyəsinin yoxlanılması məqsədilə imtahan keçirildi. İlk semestrin yekunu olaraq, 4 altqrup üzrə keçirilən sessiya imtahanında akademiyanın 21 institut və təşkilatından 19 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edirdi. Elektron test üsulu ilə keçirilən imtahanda magistrantlar 90 dəqiqə ərzində ingilis dilinin qrammatikası, danışıq və yazı qaydalarını əhatə edən 50 sualı cavablandırdılar.

Qeyd edək ki, ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaq və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı