İnstitutun Tədris-İnnovasiya Mərkəzində Bakı Dövlət Universitetinin tələbələrinə təlim keçirilib Noyabr 30, 2018 | 05:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə “Müasir proqramlaşdırma dilləri” mövzusunda təlim keçirildi.

Məruzə ilə çıxış edən mərkəzin əməkdaşı, proqramçı Raqif İsmayılov hazırda daha çox populyar olan müasir proqramlaşdırma dilləri və onların təyinatı haqqında məlumat verdi.  

Məruzəçi C/C++, Java, Python, C#, JavaScript, PHP və s. proqramlaşdırma dillərinin geniş tətbiq olunduğunu söylədi və “Öyrənmək üçün hansı dili seçməliyəm?” sualının qarşıya qoyulan məqsəddən asılı olduğunu bildirdi.

R.İsmayılov proqramlaşdırma dillərinin müxtəlif parametrlərə görə klassifikasiya olunduğunu qeyd edərək, prosedur və obyektyönümlü proqramlaşdırma dilləri haqqında danışdı. Eyni zamanda, desktop proqramlaşdırma və veb proqramlaşdırma dilləri barədə məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı