İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri tədqiq olunub Noyabr 28, 2018 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbirin şöbələrin hesabatlarının müzakirəsinə həsr olunduğunu bildirdi.

8 saylı şöbənin 2018-ci il üçün hesabatını təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev hesabat dövrü ərzində şöbədə informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri üzrə tədqiqatların aparıldığını bildirdi.

Ə.Əliyev informasiya iqtisadiyyatı və onun sektorlarının formalaşmasının elmi-nəzəri əsaslarının tədqiqi, informasiya iqtisadiyyatı sektorlarının və innovativ strukturların inkişafına IV sənaye inqilabı komponentlərinin təsirinin, eləcə də informasiya iqtisadiyyatının kompozit indeksi ilə onun formalaşmasına təsir edən amillərin çoxfaktorlu korelyasiya asılılığının araşdırılması üzrə işlərin davam etdirildiyini, yaşıl innovativ iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyasının işlənildiyini diqqətə çatdırdı.

Məruzəçi qeyd etdi ki, texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi mövzusuna dair texnoparklarda innovativ məhsul istehsalı proseslərinin modelləşdirilməsinin ümumi prinsipləri işlənilib.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən Ə.Əliyevin sözlərinə görə, şöbə əməkdaşları cari ildə dövlət proqramlarında institutun informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsində informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn vəzifələrin yerinə yetirilməsində iştirak ediblər.

Şöbə müdiri “İnformasiya iqtisadiyyatının formalaşması: problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının keçirilməsi ilə əlaqədar müvafiq ilkin hazırlıq işlərinin aparıldığını və növbəti ilin may ayında konfransın keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.

Məruzəçi elmi-pedaqoji fəaliyyət çərçivəsində görülmüş işlərdən söz açaraq, bu istiqamətdə bakalavr və magistrlərə mühazirələr, seminar və istesalat təcrübəsi, “İnformatika” fənni üzrə doktorant və dissertantlara mühazirə və məşğələlərin keçirilməsi, doktorant və dissertantların ixtisası üzrə namizədlik imtahanlarının qəbulu və doktoranturaya qəbul prosesində iştirak edildiyini söylədi.

O, həmçinin şöbə əməkdaşlarının respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbənin elmi-təşkilati fəaliyyəti və elmmetrik göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı yerinə yetirilmiş işləri nəzərə çatdırdı.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik şöbədə müxtəlif istiqamətlərdə aparılan tədqiqatların daha da genişləndirilməsini, inklüziv inkişafın iqtisadi aspektlərinin işlənilməsini, müvafiq riyazi modellərin daha dərindən araşdırılmasını, informasiya iqtisadiyyatının elmi-nəzəri problemlərinə həsr olunmuş konfransın keçirilməsini, o cümlədən elmi-tədqiqatların nəticələrinin nüfuzlu jurnallarda nəşr etdirilməsini tövsiyə etdi.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı