İnstitutun əməkdaşı AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinə müdir təyin olunub Noyabr 15, 2018 | 02:05 / Mühüm hadisələr

Aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 14 noyabr 2018-ci il tarixli iclasında qəbul olunub.

Rəna Qasımova 1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir. 1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.

2014-cü ildə 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 

Qeyd edək ki, Rəna Qasımova müxtəlif təyinatlı sistemlərin – “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyası sisteminin və AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak edib.

“İnternetdə domen problemləri və onların həlli yolları” kitabının, 36-sı xaricdə olmaqla ümumilikdə 50 elmi əsərin müəllifidir.

Hazırda R.Qasımova Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparır, Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemlərini tədqiq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı