Veb-spamlarla bağlı problemlər araşdırılır Noyabr 07, 2018 | 05:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin veb-spamlar və bu sahədə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi. İnstitutun doktorantı Xəyyam Nurəliyev məruzə ilə çıxış edərək veb-spamların axtarış nəticəsində yüksək mövqe qazanmaq məqsədilə informasiya-axtarış sistemlərini aldatmağa və onun nəticələrini manipulyasiya etməyə cəhd edən veb-saytlar və ya veb-səhifələr olduğunu bildirdi.

“Bu gün İnternet mühitində saytların daha çox tanıdılması məqsədilə axtarış spamlarının tətbiqinə qadağa qoyulsa da, praktiki olaraq, bu texnologiyadan geniş istifadə olunur”, – deyə bildirən məruzəçi mövzunun aktuallığından danışdı. Bildirdi ki, veb-spamların tətbiqi axtarış sistemlərinin səmərəliliyinə, axtarışın nəticəsinə, yekunda isə axtarış aparan şəxsə mənfi təsir göstərir. Veb-spamların yaratdığı əsas problem lazımsız kontentin yaradılması ilə bağlıdır ki, bu da axtarış sistemlərinin işində problemlərin meydana gəlməsinə səbəb olur.

O, veb-spamların növləri barədə danışaraq kontekst spamları haqqında məlumat verdi. Bildirdi ki, bu spamlar saytın və ya veb-səhifənin əsas mətninə açar sözlərin və ifadələrin əlavə edilməsi, məzmunun qarışdırılması kimi başa düşülür. Kontekst spamların yaradılması üçün bir neçə üsuldan istifadə olunur ki, buraya açar sözlərin təkrarlanması, onların səhifənin məzmununa daxil edilməsi və s. aiddir.  

X.Nurəliyevin sözlərinə görə, müxtəlif İnternet ehtiyatlarına istinadların istifadəsində süni manipulyasiyanı nəzərdə tutan istinad spamları veb-spamlarının geniş yayılmış növlərindəndir: “Burada spam rolunda həm daxili, həm də xarici istinadlar çıxış edə bilər”.

O, veb-spamlarla mübarizə metodları olan PageRank, TrustRank, Google Penguen, Google  Sandboxuen, Google Panda barədə məlumat verdi, həmçinin dünyada veb-spamların domen adları və dillərə görə paylanmasına dair statistik göstəriciləri təqdim etdi, bu sahədə keçirilən konfransları təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsini, tədqiqatların nəticələrinin nüfuzlu konfrans və jurnallara təqdim olunmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı