Neft-qaz kompleksinin kiber-fiziki sistem kimi fəaliyyəti problemlərinin həllinə dair yeni yanaşma təklif olunub Noyabr 05, 2018 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev, institutun ümumi işlər üzrə direktor müavini, şöbə müdiri Şakir Mehdiyevin həmmüəllifi olduqları “Analysis and New Approaches to the Solution of Problems of Operation of Oil and Gas Complex as Cyber-Physical System” (“Neft-qaz kompleksinin kiber-fiziki sistem kimi fəaliyyəti problemlərinin analizi və onların həllinə dair yeni yanaşmalar”) adlı məqaləsi nüfuzlu “International Journal of Information Technology and Computer Science (IJITCS)” jurnalında nəşr olunub.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Əşyaların İnterneti texnologiyasının tətbiqi ilə neft-qaz sənayesinin kiber-fiziki sistem kimi effektiv və etibarlı fəaliyyətinin təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və əsas problemlərin həllinə həsr olunub.

Məqalədə qeyd olunur ki, neft-qaz sektorunda müasir informasiya texnologiyalarının tətbiqi neftin kəşfiyyatı və aşkarlanmasının sürətlənməsinə, neft hasilatının artmasına və insan sağlamlığı, təhlükəsizliyi və ətraf mühitin qorunması risklərinin azalmasına şərait yaradır. Bu baxımdan neft-qaz sənayesində Əşyaların İnternetinin tətbiqi digər sahələrdə olduğu kimi, iqtisadi cəhətdən geniş perspektivlərə malikdir.

Neft-qaz kompleksinin əsas texnoloji prosesləri və innovativ texnologiyaların tətbiqi üçün mövcud imkanlar təhlil edilib. Problemlərin həllində “ağıllı” sensorlar, Əşyaların İnterneti, simsiz şəbəkələr və bulud texnologiyalarına əsaslanan yeni yanaşmalar təklif olunub. Təklif olunan modelin tətbiqi səmərəliyin artırılması, resursların saxlanması, kəşfiyyatın etibarlılığı və obyektlərin dayanıqlığı üçün yeni imkanlar açır.

Məqalə SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi qrant layihə çərçivəsində hazırlanıb və əldə olunmuş nəticələrin SOCAR-ın neft-qaz kompleksində tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, IJITCS jurnalı “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “CNKI Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı