İnstitut əməkdaşlarının məqaləsi beynəlxalq konfransın materiallarında dərc olunub Oktyabr 25, 2018 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay ƏləkbərovunSelection Virtual Machine in Mobile Cloud Computing” (“Mobil Hesablama Buludlarında Virtual Maşınların Seçilməsi”) adlı məqaləsi 10-12 iyul 2018-ci il tarixlərində Hindistanın Benqalor şəhərində keçirilmiş “Hesablama, Kommunikasiya və Şəbəkə Texnologiyaları” mövzusunda IX beynəlxalq konfransın (9th International Conference on Computing, Communication and Networking Technologies (ICCCNT 2018) materiallarında nəşr olunub.

Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin (Wireless Metropolitan Area Networks-WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudletlərin texniki imkanlarını nəzərə alaraq mobil istifadəçilərin sorğularının balanslı şəkildə onlarda yaradılan virtual maşınlarda yerləşdirilməsi məsələsinin bir həlli verilmişdir. Həmçinin istifadəçinin məsələsinin qoyulmuş vaxt müddətində həllini və digər tələblərini təmin edən virtual maşınların müəyyən edilməsi məsələsinə baxılmışdır. Bu zaman həlli nəzərdə tutulan məsələnin, virtual maşınların, istifadəçi ilə virtual maşınlar arasında rabitə kanallarının müxtəlif xarakteristikaları nəzərə alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı