İnstitutun əməkdaşı beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib Oktyabr 17, 2018 | 10:43 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Şəbəkələr, Kommunikasiyalar, Naqilsiz və Mobil Hesablamalar” üzrə III beynəlxalq konfransın (3rd International Conference on Networks, Communications, Wireless and Mobile Computing) proqram komitəsinin üzvü seçilib.

24-25 noyabr 2018-ci il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək tədbirin əsas istiqamətlərinə kommunikasiya şəbəkələrinin arxitekturaları və dizayn, şəbəkə tətbiqləri, şəbəkə əməliyyatı və idarəetmə, şəbəkə təhlükəsizliyi və gizlilik, mobil Ad-hoc və sensor şəbəkələri, peyk kommunikasiyaları, naqilsiz multimedia sistemləri, kriptoqrafiya, təhlükəsizlik və mobil şəbəkələrin gizliliyi kimi mövzular daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı