İnstitutun əməkdaşı qadınlar arasında keçirilən şahmat yarışlarında 3-cü yerin qalibi olub Oktyabr 15, 2018 | 12:31 / Mühüm hadisələr

Oktyabrın 10-u AMEA-da akademiyanın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən II Spartakiada çərçivəsində şahmat (qadın və kişilər) yarışları baş tutub. Şahmat yarışları həm qadınlar, həm də kişilər arasında iki qrup üzrə aparılıb.

Qadınlar arasında keçirilmiş şahmat yarışlarının nəticələrinə əsasən, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz İsmayılova final mərhələsinə vəsiqə qazanıb.

Oktyabrın 12-si qadınlar arasında şahmat yarışlarının final oyunları keçirilib. Qrup oyunlarına görə finala çıxan iştirakçılar – İlahə Məmmədova (Fizika İnstitutu), Ziyarət Paşayeva, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu), Xanım Rzazadə (Coğrafiya İnstitutu), Sevinc Əliyeva (Dilçilik İnstitutu) və Nərgiz İsmayılova (İnformasiya Texnologiyları İnstitutu) mübarizəni dairəvi üsulla davam etdiriblər.

Yarışların nəticələrinə əsasən, Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Ziyarət Paşayeva birinci, Dilçilik İnstitutunun əməkdaşı Sevinc Əliyeva ikinci, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nərgiz İsmayılova isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, spartakiada çərçivəsində şahmat ilə yanaşı, futbol, dama və stolüstü tennis oyunları keçirilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı