E-təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadənin üstünlükləri araşdırılıb Oktyabr 04, 2018 | 09:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. “Elektron təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadə” mövzusunda məruzəni təqdim edən şöbənin əməkdaşı Lalə Zeynalova bildirdi ki, informasiya texnologiyaları sahəsində əldə olunan elmi nailiyyətlər XXI əsrin əvvəllərində fərdi təhsil konsepsiyasının (Personal Learning) inkişafına gətirib çıxarıb. Məruzəçinin sözlərinə görə, təhsilin fərdiləşdirilməsi təhsil alanlara nə, nə vaxt və necə öyrədildiyini seçmək imkanı verir.

O, artıq dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələrində təhsilin idarəolunması sisteminin tətbiq olunduğunu söylədi. Təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrin də geniş tətbiq olunduğunu bildirən L.Zeynalova sosial texnologiyaların tələbələrin öz ideyalarını yayması, elmi işlərinin nəşri, multimedia məlumatlarının yerləşdirilməsi, qrup üzvləri ilə öz problemlərinin həll üsullarının birgə öyrənilməsi, faylların mübadiləsi və s. imkan verdiyini dedi.

Məruzəçi sosial şəbəkələrdən məlumatların analizinin informasiyanın toplanması, təmizlənməsi, ilkin məlumatların işlənməsi, istifadəçi məlumatlarında dəyişikliklərin izlənilməsi, məlumat analizi üçün metodun seçimi, qrafiki strukturun qurulması və məlumatların vizuallaşdırılması kimi mərhələlərdən ibarət olduğunu diqqətə çatdırdı.

“Ali məktəb tələbələri tərəfindən sosial şəbəkələrdə mübadilə edilən informasiyanın strukturu və məzmununun analizi üçün məlumatların klasterləşməsi metodlarından istifadə etmək olar”, – deyə bildirən L.Zeynalova qeyd etdi ki, ali təhsil müəssisəsinin pedaqoq və təlimatçıları şəbəkədən əldə olunan informasiyanın analizi əsasında ayrı-ayrı şagirdlərin və qrupların maraqları və üstünlük verdikləri sahələr haqqında məlumat almaq imkanı əldə edirlər. Bu informasiya müəllimlərə elektron kursun məzmununu təkmilləşdirmək və onu təhsil alanların fərdi sorğuları əsasında qurmağa kömək edir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı