İnstitutun jurnallarının veb-saytları təkmilləşdirilib Sentyabr 24, 2018 | 04:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının veb-saytları (jpit.az və jpis.az) təkmilləşdirilib. Bu barədə məlumatı institutun Elmi şurasının iclasında bu qurumun proqramçısı Sərxan Yolçuyev məlumat verib.  

Məruzəçi bildirib ki, hər iki elmi jurnalın veb-saytlarının proqram təminatı təkmilləşdirilmiş, müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Onun sözlərinə görə, 3 dildə fəaliyyət göstərəcək saytlar “Jurnal haqqında”, “Redaksiya heyəti”, “Tələblər”, “Etik qaydalar”, “Arxiv”, “Linklər”, “Əlaqə” və “Qeydiyyat” bölmələrindən ibarətdir. “Arxiv” bölməsində jurnalların bugünədək dərc olunmuş bütün sayları və məqalələr yerləşdirilmişdir. Ana səhifədə isə sonuncu buraxılışda dərc olunmuş məqalələrə və onların Doİ nömrələrinə (rəqəmsal obyekt identifikatoru) baxmaq mükündür.

Sonra S.Yolçuyev məqalələrin onlayn olaraq jurnallara göndərilməsi üçün hazırlanmış sistem haqqında məlumat verərək qeydiyyat, məqalənin yerləşdirilməsi və onun redaktəsi, eləcə də rəyin göndərilməsi qaydalarını izah etdi.

Sonda elmi jurnalların veb-saytlarından istifadə qaydalarına dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı