Elmi jurnalların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslər işlənilir İyul 09, 2018 | 04:15 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2018-ci ilin birinci yarısı üzrə hesabatını təqdim edib. Öncə elmi-tədqiqat işlərini diqqətə çatdıran məruzəçi elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını qeyd edib.  “Müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatların isə başa çatdığını və dissertasiya işinin hazırlandığını diqqətə çatdırıb.

E-dövlət mühitində Azərbaycan dilinə dair bəzi xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması ilə bağlı aparılan araşdırmalar haqqında məlumat verən məruzəçi bu istiqamətdə beynəlxalq standartlara əsaslanaraq İKT-nin tətbiqi ilə Azərbaycan dilinin öyrənilməsi və qiymətləndirilməsi üçün təkliflərin işlənildiyini deyib. Əlavə edib ki, xarici dil biliklərinin mənimsənilməsində ümumavropa təcrübəsi və ölkəmizdə xarici dil biliklərinin qiymətləndirilməsində CEFR-in rolunun araşdırılmışdır.

Şöbə rəhbəri 6 ay ərzində beynəlxalq akademik bazalarda mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunma yolları, Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi ilə bağlı tədqiqatların da aparıldığını bildirib.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində “Elmmetriya saatı” interaktiv seminarının təşkili, institutun “Viki qrup”una rəhbərlik, əməkdaşlara jurnalların seçilməsi ilə bağlı məsləhətlərin verilməsi, eləcə də E-kitabxana Mərkəzində görülən işlərə dair məlumatları diqqətə çatdırıb.

M.Səidova beynəlxalq əməkdaşlıq əlaqələri istiqamətində institut əməkdaşlarına EBSCO informasiya bazalarından istifadə imkanlarının yaradıldığını və “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşaiyəti ilə əlaqədar əməkdaşlığın aparıldığını bildirib.

O, həmçinin şöbə əməkdaşlarının elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Şöbənin elmi fəaliyyətinə dair geniş fikir mübadiləsi aparılıb, sual və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı