Naxçıvan Dövlət Universitetində informatika fənni üzrə distant formada doktorluq imtahanı keçirildi İyul 06, 2018 | 10:40 / Mühüm hadisələr

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) iyun ayının 21-dən respublika üzrə doktorant və dissertantların informatika fənnindən doktorluq imtahanlarına start verilib. TİM-də bu imtahanlara hazırlıq məqsədilə təşkil olunmuş kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçılar bu dərslərdə İnternet üzərindən distant formada iştirak ediblər.

İyulun 6-da Naxçıvan Dövlət Universitetində bu bölgədə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirildi. İmtahanda ümumilikdə AMEA Naxçıvan Bölməsindən və Naxçıvan Dövlət Universitetindən olan 11 doktorant və dissertant iştirak edirdi.

İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, həm də qurumun Naxçıvana ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı