E-elmin formalaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir İyul 05, 2018 | 03:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2018-ci il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Təhmasib Fətəliyev yarım il ərzində görülmüş işlərin nəticələri haqqında məlumat verdi. Bildirdi ki, şöbədə institutun əsas elmi istiqaməti çərçivəsində e-elmin formalaşdırılması problemləri üzrə e-elm mühitində böyük həcmli verilənlər problemləri və həlli yolları tədqiq olunmuş, vətəndaş elminin elmin inkişafına təsiri məsələləri araşdırılmışdır. Həmçinin e-elmin yeni istiqaməti kontekstində vətəndaş elminin formalaşması məsələləri və onun inkişafında e-elmin rolu və neft-qaz kompleksində Əşyaların İnterneti texnologiyalarının tətbiqi sahəsində dünya təcrübəsi analiz edilmiş, bu sahədə mövcud texniki və proqram vasitələri tədqiq olunmuş və onun tətbiqinin konseptual məsələləri işlənmişdir.

O, elmi-innovasiya fəaliyyəti çərcivəsində görülmüş işlər barədə də məlumat verərək bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” və AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihələri üzrə tədqiqatların aparıldığını söylədi. T.Fətəliyevin sözlərinə görə, AMEA-nın elmi qurumlarının fəaliyyətində böyük hesablama, yaddaş resursları və sürətli İnternet trafiki tələb edən mürəkkəb məsələlərin monitorinqinin həyata keçirilməsində iştirak edilmişdir.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə məlumat verən məruzəçi bir sıra məqalələrin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı.

T.Fətəliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

Hesabat ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı