Fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri araşdırılır İyul 04, 2018 | 03:05 / Konfranslar, iclaslar

Bu barədə məlumatı AMEA informasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbənin yarımillik hesabatı zamanı verdi. Şöbədə aparılan elmi-tədqiqat işlərini diqqətə çatdıran məruzəçi “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işi çərçivəsində tövsiyə sitemlərinin rolu və elmi nəzəri əsaslarının araşdırıldığını, İnternet reklam-marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sisteminin yaradılması alqoritmlərinin işlənildiyini diqqətə çatdırdı.

A.Səmidov şöbədə fraktal qrafikanın tətbiq sahələri və inkişaf perspektivləri, “3D texnologiyalarının müasir vəziyyəti, informasiyanın virtual məkandan real məkana transformasiyası ilə bağlı araşdırmaların aparıldığını, mövzular üzrə şöbədaxili seminarların keçirildiyini diqqətə çatdırdı.

Məruzəçi şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın Ümumi yığıncağı üçün dizayn materialları, təbriknamə və vizitkaların hazırlanması, ekspress-informasiya kitabçalarının  çapı və cildlənməsi, dissertasiya və avtoreferatların çapı, “Multimedia Qalereyası”na fotomaterialların daxil edilməsi və işlənməsi ilə əlaqədar yerinə yetirilən işlər haqqında məlumat verdi.

A.Səmidov şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumatları da diqqətə çatdırdı.

Sonda çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı araşdırmaların dərinləşdirilməsi və dissertasiya işinin hazırlanması ilə bağlı tövsiyyələr verdi. Alim fraktal qrafika ilə bağlı araşdırmaların da aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsinin, məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

Yarımillik hesabatla bağlı fikir mübadiləsi aparıldı, bir sıra təkliflər irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı