İnformasiya iqtisadiyyatının innovativ perspektivləri üzrə beynəlxalq vəziyyət araşdırılıb İyul 03, 2018 | 03:11 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin yarımillik hesabatı təqdim olundu. Hesabatı təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri mövzusu üzrə aparılan araşdırmalar haqqında məlumatları təqdim etdi. Bildirdi ki, 6 ay ərzində şöbədə “İnformasiya   iqtisadiyyatı   sektorlarının  formalaşması   problemlərinin   tədqiqi    və innovativ  perspektivlərinin qiymətləndirilməsi” çərçivəsində informasiya   iqtisadiyyatı  və onun sektorlarının formalaşmasının elmi-nəzəri əsasları tədqiq olunmuşdur. İnformasiya iqtisadiyyatının formalaşması və inkişafı sahəsində elmi-nəzəri, metodoloji yanaşmalar tədqiq edilmiş, informasiya iqtisadiyyatının spesifik tədqiqat və yanaşma metodları, riyazi-iqtisadi, ekonometrik tədqiqat üsulları təhlil edilmişdir.

İnformasiya  iqtisadiyyatı sektorlarının  və innovativ strukturlarının inkişafına dördüncü sənaye inqilabı komponentlərinin təsirinin araşdırılması ilə bağlı məlumat verən məruzəçi informasiya iqtisadiyyatı sektorlarının formalaşmasına, yeni sənaye strukturları və innovativ texnoparkların inkişafına IV sənaye inqilabının təsiri məsələlərinin tədqiq olunduğunu, IV sənaye inqilabı  komponentlərinin innovativ strukturlarda  perspektiv tətbiqlərinin araşdırıldığını qeyd etdi.

Ə.Əliyev şöbədə informasiya  iqtisadiyyatının  formalaşma və  innovativ perspektivlərinin qiymətləndirilməsi metodologiyasının işlənilməsi ilə bağlı informasiya və biliyin hesa­bı­na formalaşan Ümumi Daxili Məhsulun (ÜDM) he­sablanması üçün metodikanın təklif olunduğunu, informasiya və biliklər iq­ti­sa­diyyatının kompozit indeksi və onu formalaşdıran müvafiq ierarxik indekslər, subindekslər və in­dikatorlar sisteminin işlənildiyini diqqətə çatdırdı.

O, informasiya iqtisadiyyatı sektorlarının yaşıl texnologiyalar əsasında inkişaf etdirilməsi problemlərinin də rəhbərlik etdiyi şöbənin tədqiqat obyektlərindən biri olduğunu qeyd etdi. Bildirdi ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən sənaye, postsənaye həmçinin informasiya və biliyə əsaslanan iqtisadiyyatın yaşıllaşdırılması problemləri təhlil edilmiş, həmçinin yaşıl informasiya iqtisadiyyatın formalaşması üzrə beynəlxalq və regional vəziyyət araşdırılmışdır.

Şöbə rəhbəri “Texnoparkların innovativ fəaliyyətinin səmərəli təşkili və  idarə olunması üzrə model və mexanizmlərin işlənilməsi” adlı dissertasiya işi çərçivəsində texnoparklarda innovativ məhsul istehsalı proseslərinin  modelləşdirilməsinin ümumi prinsiplərinin işlənildiyini, texnoparklarda innovativ məhsul/xidmət  istehsalının çoxfaktorlu reqressiya modelinin qurulduğunu qeyd etdi. Əlavə etdi ki, əhəmiyyətli amillərin üzə çıxardılması məqsədilə texnoparkın fəaliyyətini müəyyən edən göstəricilərin cüt korrelyasiya asılılıqları təhli edilmişdir. Statistik proqram paket modullarının sintezi əsasında hazırlanmış proqram təminatının tətbiqi ilə eksperimental hesablamalar  aparılmışdır.

Ə.Əliyev elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, şöbə əməkdaşları institutun innovativ fəaliyyəti ilə bağlı bir sıra xarici və respublikadaxili təşkilat və müəssisələrlə əlaqələrin qurulmasında, dövlət proqramlarında institutun informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında, eyni zamanda müxtəlif qrant layihələrin yerinə yetirilməsində fəal iştirak etmişlər.

O, qeyd etdi ki, cari ilin ilk 6 ayında şöbə əməkdaşları tərəfindən beynəlxalq elmi-texniki konfransa 1 məruzə təqdim olunmuş, çıxışlar edilmiş, 5 məqalə dərc olunmuş, 2 məqalə isə hazırda nəşrdədir. Onlardan 3-ü tanınmış beynəlxalq bazalarda indeksləşdirilən xarici jurnallarda nəşr olunmuşdur.

Ə.Əliyev, həmçinin şöbədə elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin КİV-də təbliği, beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində yerinə yetirilmiş işlərdən danışdı.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair çıxış edərək şöbə əməkdaşlarına informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri və həlli istiqamətləri mövzusunda araşdırmaların daha da dərinləşdirilməsini, beynəlxalq təcrübənin araşdırılmasını və yüksək səviyyəli  elmi məqalələrin nəşr etdirilməsini tövsiyyə etdi.

Yarımillik hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı