İnformasiya texnologiyaları üzrə ən müasir terminlər araşdırılır İyun 29, 2018 | 11:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2018-ci il üçün yarımillik hesabatı dinlənildi. Şöbə rəhbəri Səyyar Abdullayev çıxış edərək informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti və  informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması mövzusu üzrə görülən işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, 6 ay ərzində elektron  terminoqraqfiyanın   müasir vəziyyəti, elmi-nəzəri  problemləri və onun həlli yolları araşdırılmış, tədqiqatın nəticəsi kimi icmal  hazırlanmışdır.

S.Abdullayev şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi mövzusu üzrə görülən işləri diqqətə çatdırdı. Bildirdi ki, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər informasiya texnologiyalarına aid olan jurnal, konfrans materialları ilə yanaşı, həm də elektron kitabxanalardan əldə edilmişdir. Terminlər əlifba sırası ilə toplanmış və sistemləşdirilmiş, onların Azərbaycan, ingilis və rus dillərində tərcüməsi və izahlı təsnifatı verilmişdir. Toplanmış 100-ə yaxın yeni terminin əksəriyyəti Big Data, bioinformatika və digər sahələri əhatə edir.

Şöbə rəhbəri, həmçinin beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı 6 ay ərzində görülmüş işlər haqqında məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə informasiya texnologiyaları üzrə terminologiya mövzusunda araşdırmaların böyük aktuallıq kəsb etdiyini qeyd etdi, bu sahədə intensiv tədqiqatların aparılmasının zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı