Kitabın tərtib olunması qaydaları haqqında məruzə dinlənildi İyun 01, 2018 | 10:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti seminarı keçirildi. Şöbənin sektor müdiri Zülfiyyə Hənifəyeva “Kitabın tərtib olunması qaydaları” mövzusunda məruzə ilə çıxış edərək kitabın konstruksiyası, standart ölçüləri, şriftlərə olan tələblər, korrektə işləri, çap prosesi və s. haqqında məlumat verdi.

Məruzəçinin sözlərinə görə, beynəlxalq miqyasda qəbul olunmuş vahid normaya görə həcm etibarilə 48 səhifədən çox olan mətbu əsərlər kitab, 48 səhifədən az olan əsərlər isə kitabça adlanır.

O, kitabların konstruksiyası haqqında məlumat verərək onların müxtəlif ölçü və həcmdə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, standart kitab titul səhifəsi, müəllif hüququ, annotasiya olan səhifə, mündəricat və s. hissələrdən ibarətdir. Məzmununa görə isə kitabın tədris, elmi-kütləvi və tibb ədəbiyyatı, uşaq ədəbiyyatı, siyasi, texniki, dini ədəbiyyat kimi növləri olduğunu bildirdi.

Z.Hənifəyeva hazır məhsulun hər nüsxəsində nəşriyyat və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə tarixi, ili, buraxılış yeri, əlyazmanın çapa imzalandığı tarix, hesab-nəşriyyat həcmi, formatı, səhifələrin sayı və s. məlumatların olmasının vacibliyini qeyd etdi. Bildirdi ki, kitabın formatının seçilməsi zamanı  onun təyinatı, həcmi, janrı, məzmunu, istifadə olunacaq kağızın ölçüləri və s. amillər nəzərə alınmalıdır.

Məruzəçi şriftlər haqqında da məlumat verərək onların təyinatına və istifadə edilən sahəsinə görə kitab, qəzet, plakat-afişa, reklam və s. şriftlərə bölündüyünü diqqətə çatdırdı.

Sektor müdiri institutun “İnformasiya Texnologiyaları” nəşriyyatındakı çap prosesinin mərhələlərini də diqqətə çatdırdı. Bildirdi ki, kitab öncə A5 formatında yığılır və Pdf formatına salınır. Çap olunacaq məhsul elektron şəkildə qəbul edilir. Bundan sonra nümunə nüsxəsinin çapı və nümunənin müəllif tərəfindən yoxlanıb təsdiq olunması həyata keçirilir. Bir neçə nüsxə çap olunduqdan sonra kitab müəllifə təhvil verilir.

O, həmçinin ISBN (International Standart Book Number ­– Beynəlxalq Kitab Nömrəsi Standartı),  kitabın standart ölçüləri, hərflərin qrafik elementləri, şriftlərə olan tələblər və s. haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı