Doktorant və dissertantlar üçün ekstern doktorluq imtahanları keçirildi Aprel 30, 2018 | 10:00 / Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda müdafiə ərəfəsində olan doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirildi. İmtahanda 7 nəfər doktorant və dissertant iştirak edirdi.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində minimum imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün öncədən kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır. 

Mərkəzdə keçirilən imtahanlar elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur.

Qeyd edək ki, müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün imtahanlar bir qayda olaraq aprel və oktyabr aylarında keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı