“Vətəndaş elmində vətəndaşların iştirak formaları” mövzusunda elmi seminar keçirildi Aprel 16, 2018 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

Öncə çıxış edən şöbə müdiri Təhmasib Fətəliyev tədbirin “Vətəndaş elmində vətəndaşların iştirak formaları” mövzusuna həsr olunduğunu bildirdi. O, e-vətəndaş elminin yaranması, formalaşması və inkişaf etməsində müasir informasiya texnologiyalarının və könüllü iştirakçıların rolundan danışdı. Uzun illərdir ki, rəhbərlik etdiyi şöbədə bu istiqamətdə tədqiqatların aparıldığını qeyd edən alim əldə edilmiş son nəticələrin elmi seminarda müzakirəyə çıxarıldığını diqqətə çatdırdı.

Sonra şöbənin əməkdaşı Nərgiz Verdiyeva mövzu ilə əlaqədar məlumat verdi. Məruzəçi elmi əməkdaşlıq, onlayn mühitlər, elmdə vətəndaşların iştirakının vətəndaş elmini formalaşdıran amillərdən olduğunu diqqətə çatdırdı.

N.Verdiyeva vətəndaş elmi layihəsinin konseptual modelini təqdim edərək buraya menecment, verilənlərin toplanması, emalı, təhlil və interpretasiyanın aid olduğunu vurğuladı.

O, həmçinin vətəndaş elmi layihələrinin əsas göstəricilərindən danışdı. Bildirdi ki, bu göstəricilərə məqsədin aydın olması, dolğun e-informasiya resursları, vətəndaşların məsuliyyəti və s. daxildir.

Məruzəçi vətəndaş elmi ilə bağlı 2008-2017-ci illər üzrə axtarışların nəticələrinə dair məlumat verdi. Onun sözlərinə görə, “Citizen science”açar sözü üzrə “Google”da ümumilikdə 30030000, son beş ildə artan dinamika ilə 727000, “Google Scholar”da  müvafiq olaraq 36000və 11900 sayda elmi resurs aşkar edilib.

N.Verdiyeva “Web of Science ”də son 10 il üzrə elmi nəşrlərin statistikasından bəhs edərək nəşrlərin sayının 2008-ci ildə 15, 2017-ci ildə isə 180 olduğunu bildirdi. Həmçinin onların tipinə görə təsnifatını, elm sahələri üzrə statistikasını və digər göstəricilərini təqdim etdi.

Sonda məruzəçi vətəndaş elminin elm, təhsil, cəmiyyət, media kimi sahələrə töhfələri barədə ətraflı danışdı. O, həmçinin ölkədə vətəndaş elminin təbliği, milli maraqlara uyğun olan beynəlxalq layihələrdə iştirak və ətraf mühitin mühafizəsi, nəqliyyatda tıxacların, e-tullantı problemlərinin tədqiqi və s. ilə bağlı layihələrin işlənməsinin əhəmiyyətindən danışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı