Proqram mühəndisliyinin elmi-nəzəri problemləri araşdırılır Mart 16, 2018 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin 2018-ci il üçün fəaliyyət planı müzakirə olundu. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edərək şöbədə proqramlaşdırmanın elmi-nəzəri əsasları, müxtəlif texnologiyalardan istifadə etməklə proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi, proqram məhsullarının etibarlılığının artırılması üçün modelin işlənilməsi, proqram mühəndisliyi sahəsində standartlar və onların tətbiq sahələrinin təhlili ilə bağlı elmi tədqiqatların aparılacağını diqqətə çatdırdı. O, həmçinin qeyd etdi ki, proqram məhsullarının verifikasiya və validasiya metodlarının müqayisəli təhlili və təsnifatı cari ildə tədqiq olunacaq mövzular arasındadır.

Bununla yanaşı, informasiya təhlükəsizliyinin təmin olunması və biometrik texnologiyaların araşdırılması problemi üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu qeyd edən şöbə müdiri bu məqsədlə intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi və insanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi məsələlərinin araşdırılacağını söylədi.

Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək bir sıra qrant layihələrdə iştirakın nəzərdə tutulduğunu diqqətə çatdırdı. 

O, həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim proqram mühəndisliyi sahəsində aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı