İnformasiya texnologiyaları üzrə terminologiya məsələləri araşdırılır Mart 14, 2018 | 06:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev çıxış edərək şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı.

Məruzəçi informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin tədqiqi ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, cari il ərzində elektron  terminoqrafiyanın müasir elmi-nəzəri problemləri, terminlərin mətndən avtomatik seçilməsi metodları araşdırılacaq.

S.Abdullayev elmi innovasiya və praktiki fəaliyyət çərçivəsində görüləcək işləri də diqqətə çatdırdı. Onun sözlərinə görə, 2018-ci ildə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin  seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi, onların etimoloji mənşəyi və yaranma tarixi ilə bağlı tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

O, şöbədə cari il ərzində elmi-pedoqoji, elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri də diqqətə çatdırdı. 

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı