AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirilib Fevral 14, 2018 | 10:16 / Konfranslar, iclaslar

İclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin illik fəaliyyətinə dair hesabat təqdim olunub.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib.

İdarənin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva AMEA-nın 40-dan artıq institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsi, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsində mühüm amil olduğunu söyləyib. Akademiyada müvafiq elm sahələri üzrə böyük bir elmi jurnalist ordusunun formalaşdığını qeyd edən Ü.Rzayeva qələm sahiblərinin Azərbaycan elminin populyarlaşdırılması və təbliğində, dünya elmi ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynadıqlarını bildirib. Hər bir institut və təşkilatın informasiya siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən bu şöbələrdə görülən işlər haqqında illik hesabatların verilməsinin şöbənin fəaliyyətinin daha da gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və s. baxımdan əhəmiyyətini qeyd edib. 

Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri çıxış edərək hesabat ili ərzində görülən işlər haqqında geniş təqdimatla çıxış ediblər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün hesabatını təqdim edib. O, institutun Elmi şurasının 4 oktyabr 2016-cı il tarixində keçirilmiş iclasının qərarı ilə yaradılmış şöbənin 3 sektordan – www.ikt.az, KİV ilə iş və İnfo TV-dən ibarət olduğunu diqqətə çatdırıb.

R.Mahmudov şöbənin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək şöbədə institutun rəsmi veb-saytının və İnternet televiziyasının istismarı və kontent təminatının həyata keçirilməsi, qurumun rəhbər şəxsləri, qabaqcıl alim və mütəxəssislərinin KİV-də çıxışlarının təşkil edilməsi, informasiya cəmiyyəti ideyalarının təbliği, informasiya texnologiyaları sahəsində elmi nailiyyətlərin populyarlaşdırılması istiqamətində görülən tədbirlər, yeni media ilə bağlı aparılan elmi-tədqiqatlar haqqında məlumat verib.  

Məruzəçi şöbədə institutun fəaliyyətinin elektron media vasitələri və sosial mediada işıqlandırılmasına dair tədbirlərin görüldüyünü bildirib, institut əməkdaşlarının televiziya kanallarında çıxışları və İnfo TV-də hazırlanan video-materialların statistikasını diqqətə çatdırıb.

Şöbə müdiri, həmçinin 2017-ci il üçün www.ikt.az saytına aylar üzrə müraciətlərin, saytın “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikasını təqdim edib, 2015-2017-ci illər ərzində müraciətlərin dinamikası və digər məlumatları nəzərə çatdırıb.

Sonra Riyaziyyat və Mexanika İnstitutundan fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova,  AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Vüsalə Rafiqqızı, Neft-Kimya Prosesləri İnstitutundan texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev, Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu, İqtisadiyyat İnstitutundan iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov,  Arxeologiya və Etnoqrafiya İnstitutundan Pərviz Qasımov şöbənin əsas fəaliyyət istiqamətləri, mətbu orqan və internet-mediada işıq üzü görən xəbərlərin satistik göstəriciləri, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, elmi müəssisənin təbliğinin sosial mediada aparılması sahəsində görülən işlər haqda məlumat veriblər.  

Tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb. İdarə ilə ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması üçün elmi bölmələr üzrə bir məsul şəxsin təyin olunması məsələsinə baxılıb, müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı