Futbol üzrə dünya çempionatının rəsmi smartfonu İyun 11, 2014 | 12:30 / Texnoloji yeniliklər

Son zamanlar mobil elektronika istehsalçıları müxtəlif möhtəşəm idman hadisələrinin təşkilatçıları ilə reklam məqsədilə razılaşmaq və öz cihazlarına "rəsmi" statusu qazanmağa çalışırlar. Məsələn, “Samsung Galaxy Note 3” Soçi Olimpiadasının rəsmi smartfonu olub. 

pitbit.ru saytının məlumatına görə, Braziliyada futbol üzrə dünya çempionatına start verilməsi ərəfəsində “Sony” şirkəti elan edib ki, cari ilin fevralında nümayiş etdirilmiş “Xperia Z2” aparatı bu idman hadisəsinin rəsmi smartfonu olacaq. 

Xatırladaq ki, “Sony Xperia Z2” smartfonu sukeçirməz korpusla təchiz edilmiş yeni nəsil qabaqcıl smartfonudur. Cihaz 5,2 düymlük Full HD ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 3 QB əməli və 16 QB daxili yaddaş və 20,7 meqapiksellik kamera ilə təchiz edilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı