İnstitut əməkdaşları “Bakutel” sərgisində iştirak ediblər Dekabr 06, 2017 | 10:00 / Mühüm hadisələr

Dekabrın 5-də 23-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı öz işinə başlayıb. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Ənənəvi olaraq 20 ildən artıq bir müddətdə keçirilən tədbir ölkəmizdə İKT-nin müxtəlif istiqamətləri üzrə əldə olunan mühüm nailiyyətlərin nümayişi, yeni texnologiyalar və həllərlə tanışlıq, iştirakçı xarici ölkə və şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Dünyanın 20 ölkəsini təmsil edən 192 şirkətin iştirak etdiyi sərgidə iştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, İnternet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.

Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak edərək yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər barədə ətraflı məlumat əldə ediblər. İnstitut əməkdaşları “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzin” “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də bir sıra startap layihələrlə yaxından tanış olublar.

Qeyd edək ki, sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqram çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı, “V Regional İnternet İdarəçilik Forumu”, eləcə də “E-Hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”, “EU4 Digital: İKT innovasiya şəbəkəsi”, “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” mövzularında seminarlar keçiriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı