Big Data problemləri üzrə elmi tədqiqatlar davam etdirilir Noyabr 20, 2017 | 03:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin hesabatı müzakirə olunub. İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin 2017-ci il üçün illik hesabatını təqdim edərək öncə elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, cari ildə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatlar aparılıb. Big data analitika əsasında təhlükəsizlik obyektlərində anomaliyaların aşkarlanması modeli işlənilib, rəqəmsal irsin formalaşması və yadda saxlanmasında mövcud problemlər və onların həlli yolları araşdırılıb.

Məruzəçi Big Data-nın əsas indikatorlarının tədqiqi olunduğunu və Big data-nın ölçülməsində mövcud metodologiyaların araşdırıldığını bildirib. Big data-nın proqnozlaşdırılmasında mövcud metodologiyaların tədqiqinin davam etdirildiyini diqqətə çatdırıb. O, həmçinin böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi, verilənlər elminin (Data Science) tədrisində dünya təcrübəsinin öyrənilməsi və digər mövzular üzrə də elmi-tədqiqat işlərinin davam etdirildiyini vurğulayıb.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq bildirib ki, cari ildə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” konfransının əsərlərinə elmi-texniki ekspertiza işləri yerinə yetirilib. “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsində iştirak edilib.

Şöbənin elmmetrik göstəriciləri barədə məlumat verən məruzəçi cari il ərzində beynəlxalq və respublika səviyyəli konfranslarda 7 məruzə ilə çıxış edildiyini, EBSCO, Google Scholar, CrossRef, İNSPEC (İET) kimi nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda 9 məqalənin dərc olunduğunu vurğulayıb. 2017-ci ildə şöbə əməkdaşlarının əsərlərinə 45 dəfə istinad qeydə alındığını deyib..

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Sonda şöbənin fəaliyyəti qənaətbəxş hesab edilib, sual və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı