İnternet-medianın monitorinqi və qiymətləndirilməsi məsələləri araşdırılır Oktyabr 26, 2017 | 11:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin illik hesabatı dinlənildi.

Hesabatı təqdim edən şöbənin sektor müdiri Rasim Mahmudov öncə müvafiq struktur bölməsində aparılan elmi-tədqiqat işləri barədə məlumat verdi. İl ərzində informasiya cəmiyyətinin və İnternetşünaslığın formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri, e-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi və s. istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, qeyd edilən elmi tədqiqatların nəticəsi kimi 2 kitab, 10 məqalə və 11 konfrans materialı dərc olunub. Onların bir hissəsi xarici ölkələrin nüfuzlu nəşrlərində işıq üzü görüb.

R.Mahmudov cari ildə şöbə tərəfindən elmi-innovasiya istiqamətində də mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, “Azərbaycan  Respublikasında informasiya cəmiyyətini inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasına elmi dəstək verilmişdir. Eyni zamanda, şöbədə fəaliyyət göstərən Viki-Mərkəz tərəfindən müvafiq elmi-tədqiqat işləri aparılmış, təlim kursları keçirilmiş, kontent təminatı, təbliğat-təşviqat və monitorinq işləri görülmüş, müxtəlif parametrlər üzrə hesabatlar hazırlanmıdır.

Təqdimatdan məlum oldu ki, hesabat ilində şöbə əməkdaşlarının elmi-pedoqoji fəaliyyəti də məhsuldar olmuşdur. Onlar əldə etdikləri elmi nəticələrdən doktorant, dissertant və magistrlərə müvafiq kurslar üzrə mühazirələrin hazırlanmasında istifadə etmiş, eləcə də, institutun Tədris-İnnovasiya Mərkəzində keçirilən tədris və imtahan proseslərinə cəlb olunmuşlar.

R.Mahmudovun sözlərinə görə, şöbə əməkdaşları əldə etdikləri elmi nailiyyətlərin və informasiya cəmiyyəti ideyalarının  KİV-də təbliği istiqamətində də fəallıq göstərmiş, il ərzində müxtəlif televiziya kanallarında 17 dəfə çıxış etmişlər.

Məruzəçi şöbədə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində, elmi-təşkilati və praktiki fəaliyyət istiqamətində həyata keçirilən tədbirlər haqqında da məlumat verdi.

Sonda çıxış edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi şöbədə elmi tədqiqatların dərinləşdirilməsi, araşdırmaların nəticəsi olaraq məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasına dair tövsiyələr verdi.

Şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, bir sıra rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı