“Azərbaycan alimləri diasporası” informasiya sistemi işlənilir Oktyabr 20, 2017 | 03:13 / Konfranslar, iclaslar

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilən “Tədbirlər Planı”nın bəndlərindən biri “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənilməsi məsələsinə həsr olunmuş, bu vəzifə AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.  

İnstitutun Elmi şurasının növbəti iclasında çıxış edən şöbə müdiri Gülnarə Nəbibəyova bu məqsədlə İşçi Qrupun yaradıldığını, Fəaliyyət Planının hazırlandığını və rəhbərlik etdiyi şöbənin mütəxəssisləri tərəfindən “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənildiyini bildirdi. Məruzəçi sistemin kontent təminatı ilə əlaqədar olaraq xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların əldə edilməsilə bağlı məktubların hazırlandığını və müvafiq təşkilatlara göndərildiyini qeyd etdi.

Sonra çıxış edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “Azərbaycan alimləri diasporası” informasiya sisteminin dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin fəaliyyətinin işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması, onlarla əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.

“Bu sistemin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə əlaqələr qurmaq, onların fəaliyyəti haqqında dolğun məlumatlar əldə etmək zəruri məsələlərdəndir”, – deyə bildirən R.Əliquliyev institut əməkdaşlarını da bu prosesdə fəal iştirak etməyə çağırdı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı