Qabaqcıl elektron elm layihələri təhlil olunub Oktyabr 13, 2017 | 10:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Nərgiz Verdiyeva “Qabaqcıl elektron elm layihələrinin təhlili” adlı məruzəni təqdim edərək elektron elm, qabaqcıl e-elm layihələri və s. haqqında məlumat verdi. Məruzəçi öncə e-elm layihələrinin şərti təsnifatından söz açaraq onun milli, regional, beynəlxalq kateqoriyalarının mövcud olduğunu bildirdi.

N.Verdiyeva e-elmə dəstək üçün İnternetdə html-də yazılmış veb-səhifələri oxumağa imkan verən infrastrukturdan daha güclü bir infrastrukturun lazım olduğunu dedi. Onun sözlərinə görə, alimlərin hesablama resurslarına, verilənlər bazalarında saxlanılan məlumatlara asan keçid etməyə ehtiyacı var. Qrid bunların hər birini özündə birləşdirən və e-elm üçün bu baxışın həyata keçirilməsinə imkan verən bir arxitekturadır.

Məruzəçi Birləşmiş Krallığın (BK) “National eScience Centre” e-elm mərkəzi haqqında məlumat verdi. O, həmçinin bu milli e-elm mərkəzinin vəzifələrindən danışdı. Qeyd etdi ki, onun hesablama elmi tədqiqatları və e-elm tətbiqləri arasında iki istiqamətli ideya axını və qarşılıqlı təsir yaratmaq, e-elmin Şotlandiya alimləri tərəfindən sürətli  öyrənilməsi üçün texniki infrastrukturu təmin etmək və digərləri aiddir.

“European Grid İnfrastructure” (EGİ) haqqında danışan məruzəçi onun xidmətlərinin təsvir edildiyi sxemi təqdim etdi. Bildirdi ki, o, tədqiqat üçün qabaqcıl kompütinq xidmətləri təmin edən data mərkəzlər federasiyasıdır. Yerinə yetirilən hesablama məsələləri “EGI”nin yüksək ötürücülü kompütinq xidməti ilə təchiz olunur.

Sonra məruzəçi qeyd etdi ki, “SIENA Project” tədqiqat infrastrukturu layihələri tərəfindən əsası qoyulmuş Dəstək Aksiyasının əsas məqsədi Avropa Komissiyası, Paylanmış Hesablama infrastrukturu layihələri və Standart İnkişafı Təşkilatları ilə əməkdaşlıq edərək gələcək e-infrastruktur strategiyalarına töhfə verməkdir.

“Plan-e”nin Avropada Milli e-elm Mərkəzləri platforması olduğunu deyən N.Verdiyeva qeyd etdi ki, o, e-elmi tədqiqat sahəsində, Avropada və kənarda yenilikçi elmləri həyata keçirmək və kəşfləri sürətləndirmək üçün yeni bir yol kimi təbliğ edir. Platformanın inkişafını sürətləndirmək məqsədiləproqram təminatının dayanıqlığı, informasiya mübadiləsi, verilənlər və kompüter kodlarından təkrar istifadə və s. nəzərdə tutulub.

O, həmçinin “TeraGrid”in məqsədləri, partnyorları, Yeni Zelandiya e-elm infrastrukturu, “NeSİ” xidmətləri, “İnternational Association for eScience” beynəlxalq e-elm assosiasiyası və digər layihələr haqqında məlumat verdi.

Sonda məruzəçi e-elmin informasiya cəmiyyəti quruculuğunun ayrılmaz tərkib hissəsi kimi inkişaf etdiyini bildirdi. Qeyd etdi ki,  həll etdiyi məsələlərin mürəkkəbliyi, vacibliyi, əhatə dairəsi e-elm layihələrinin inteqrasiyasını zəruri edir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı