Elmi jurnalın veb-saytı necə işlənilməlidir? Sentyabr 28, 2017 | 03:54 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Sərxan Yolçuyev “Elmi jurnalın veb-saytının işlənməsi” haqqında məruzəsini təqdim etdi.

O, öncə elmi jurnallarda müəllif, rəyçi və redaktor kimi istifadəçi tiplərinin mövcud olduğunu diqqətə çatdırdı. Məqalələrin rəydən keçirilməsi prosesi haqqında ətraflı məlumat verən məruzəçi bu prosesin müəyyən ardıcıllıqla həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, ilk olaraq məqalə müəllif tərəfindən əlavə olunur. Redaktor ilkin baxışı həyata keçirir və məqalə rəyçiyə göndərilir. Rəyçi iradlar bildirdikdən sonra səhvlər aradan qaldırılır, son mərhələdə məqalə rəyçi və redaktor tərəfindən təsdiq olunur.

S.Yolçuyev, həmçinin elmi jurnalların veb-saytlarında tətbiq olunan proqram təminatları, proqram təminatı üzərinə qoyulan tələblər, onlayn elmi jurnallar haqqında məlumat verdi.

Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, müəyyən irad və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı