İnformasiya Texnologiyaları İnstitutunda magistrantların tədris ilinə start verildi Sentyabr 18, 2017 | 11:00 / Mühüm hadisələr

Məlumdur ki, son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, akademiyada aparılan fundamental araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi məqsədilə kompleks tədbirlər görülür. Bu istiqamətdə görülən işlərdən biri də AMEA-da magistratura pilləsinin təşkilidir.

AMEA Prezidentinin 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədrisi və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunmuşdur.

Cari ildə AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak etmiş, AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistrant daxil olmuşdur.  

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) 2017-2018-ci tədris ilində akademiyada magistratura pilləsinə qəbul olunmuş magistrantlara xarici dil fənnindən ilk dərs keçirildi. Semestr ərzində keçiriləcək xarici dil fənni üzrə dərslər magistrantlara 4 alt qrup üzrə tədris olunacaq.

Qeyd edək ki, TİM-də magistrantlara ümumi fənlər üzrə nəzəri və praktiki dərslər peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edilir. Semestr imtahanları isə elektron test üsulu ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı