AzScienceNet-in infrastrukturunun genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib İyul 05, 2017 | 12:47 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin yarımillik hesabatını təqdim edib.

Şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verən alim mobil bulud texnologiyalarında virtual resurslardan səmərəli  istifadə, Əşyaların İnternetinin mövcud vəziyyəti və inkişaf perspektivləri, verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması, superkompüter texnologiyaları  və digər prioritet istiqamətlərdə araşdırmaların aparıldığını diqqətə çatdırıb.

R.Ələkbərov şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi ilə bağlı görülən işlərdən söz açıb. Bildirib ki, AMEA-nın institut və təşkilatlarının 270 yeni kompüteri AzScienceNet şəbəkəsinə qoşulmuş, akademiyanın bir neçə institut və təşkilatına Wi-Fi, Eduroam kimi  yeni İnternet xidmətlərindən istifadə imkanı təqdim edilmişdir.

AMEA-nın 4 (Fizika, Biofizika və Radiasiya Problemləri İnstitutları, o cümlədən Təcrübə-Sənaye zavodunda) institut və təşkilatının kompüter şəbəkələrinin fiber-optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-ə qoşulması işləri yerinə yetirilmişdir.

AzScienceNet şəbəkəsi və Data Mərkəzin texniki imkanlarının (17 Flops, 400 Tbayt) artırılması, AzEduNet təhsil şəbəkəsinin AzScienceNet-ə qoşulması, həmçinin AMEA RH Mərkəzi Aparatının kompüter təminatı və şəbəkə-kommunikasiya  infrastrukturunun yenidən qurulması işləri də elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilmişdir.

Məruzəçi şöbənin elmmetrik göstəricilərinə dair nəticələri də diqqətə çatdırıb. Onun sözlərinə görə, şöbə əməkdaşları tərəfindən 11 konfrans materialı hazırlanmış, 4 məqalə isə ölkə və beynəlxalq səviyyəli nüfuzlu jurnallarda çap edilmişdir.

R.Ələkbərov, həmçinin elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, əldə edilən nəticələrin KİV-də təbliği, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması çərçivəsində görülən işlərə dair geniş məlumat verib.

Şöbənin hesabatı qənaətbəxş hesab edilib, bir sıra təkliflər səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı