AMEA-nın illik Ümumi yığıncağında İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olundu Aprel 28, 2017 | 03:58 / Mühüm hadisələr

Aprelin 28-də AMEA-nın Əsas Binasında AMEA-nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirildi. Öncə tədbir iştirakçıları akademiyanın institut və elmi-tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.

Sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətlərini əks etdirən stend də nümayiş etdirildi.

AR Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz PaşayevaDövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland və digər tədbir iştirakçıları stendlə tanış oldular.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 2016-cı il ərzində institutda Data Mining və Big Data texnologiyaları, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, biometrik texnologiyalar, kompüter şəbəkələri, proqram mühəndisliyi, viki-mühitin tədqiqi, e-dövlət quruculuğu, e-elm və e-tibb problemləri, informasiya iqtisadiyyatı, terminoloji informatika və s. istiqamətlərdə aparılmış elmi tədqiqatların nəticələrini əks etdirən əsər və kitablar, jurnal və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr haqqında məlumat verdi.

R.Əliquliyev bildirdi ki, 2016-cı ildə institut əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticəsi olaraq beynəlxalq və respublika səviyyəli konfransların əsərlərində 180 tezis, nüfuzlu jurnallarda 72 məqalə dərc edilmişdir. İnstitutun əməkdaşları 30 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunmuşlar. O cümlədən 16 jurnaldan göndərilmiş 40 məqaləyə rəy hazırlanmışdır. İnstitut 12 beynəlxalq konfransın proqram komitəsində təmsil olunmuş  və əməkdaşlar tərəfindən 36 tezisə rəy verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı