Elmi tədqiqatların riyazi təminatının yaxşılaşdırılması zəruridir Aprel 13, 2017 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsində elmi fəaliyyətin gücləndirilməsi məsələsinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirildi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, şöbənin rəhbəri akademik Rasim Əliquliyev əməkdaşlara elmi fəaliyyətlərini gücləndirmələrinə dair tapşırıqlarını verdi. Şöbədə elmi tədqiqatların riyazi təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi.

R.Əliquliyev şöbə əməkdaşlarının elmmetrik təfəkkürünün inkişaf etdirilməsinin vacibliyindən də danışdı. Alimlərin elmi fəaliyyətinin dünyada tanıdılmasında elmmetrik yanaşmaların böyük əhəmiyyətə malik olduğunu söyləyən institut direktoru şöbə əməkdaşlarının “Web of Science”, “Google Scholar” və s. nüfuzlu elmi bazalardan mütəmadi olaraq istifadə etmələrini tövsiyə etdi.

Məqalələrə istinadların sayının artırılması məsələsinə toxunan akademik bildirdi ki, istinadlar aparılan tədqiqatların aktuallığı və vacibliyinin, yüksək istinad indeksi isə alimin elmi cəmiyyət tərəfindən qəbul olunmasının göstəricisidir.

Sonda müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı