Sosial medianın multidisstiplinar elmi-nəzəri problemləri araşdırılacaq Fevral 13, 2017 | 03:25 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin sektor müdiri Rasim Mahmudov  şöbənin 2017-ci il üçün fəaliyyət planını təqdim etdi. O, elmi-tədqiqat işləri barədə məlumat verərək il ərzində informasiya cəmiyyətinin formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri, e-dövlətin formalaşdırılması  və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, sosial medianın formalaşmasının multidistiplinar problemləri, o cümlədən viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi istiqamətində tədqiqatların aparılacağını diqqətə çatdırdı.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan R.Mahmudov İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi üçün müxtəlif konfransların, forumların, seminarların, dəyirmi masaların, sərgilərin keçiriləcəyini, KİV vasitəsilə təbliğat-təşviqat işlərinin aparılacağını qeyd etdi. Onun sözlərinə görə, şöbədə fəaliyyət göstərən Viki-Mərkəzdə elmi-tədqiqat, tədris, kontent təminatı, monitorinq, təbliğat-təşviqat işləri bu il də davam etdiriləcək.

Məruzəçi bildirdi ki, 2017-ci ildə şöbədə aparılan elmi tədqiqat işlərinin nəticələrinin Azərbaycanın və qabaqcıl  ölkələrin nüfuzlu elmi jurnallarında  çap etdirilməsi nəzərdə tutulur.

O, həmçinin şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin  KİV-də təbliği çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim fəaliyyət planında nəzərdə tutulan mövzular üzrə araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd edərək, bu sahədə elmi məqalələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmasını, elmmetrik göstəricilərin yaxşılaşdırılmasını əməkdaşların qarşısında vəzifə kimi qoydu.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı