Akademik Rasim Əliquliyev: “Elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdir” Dekabr 21, 2016 | 04:00 / Konfranslar, iclaslar

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elm və təhsilin inteqrasiyasında informasiya-kommunikasiya texnologiyalarının rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.

R.Əliquliyev əvvəlcə elm və təhsilin inteqrasiyası prosesində AzScienceNet elm-kompüter şəbəkəsinin mühüm vasitələrdən biri olması haqqında danışdı. Bildirdi ki, AzScienceNet AMEA-nın ölkə üzrə bütün elmi müəssisə və təşkilatlarını vahid infrastrukturda birləşdirən elm kompüter şəbəkəsidir. Məruzəçi AzScienceNet-in göstərdiyi xidmətlər, beynəlxalq əlaqələri və perspektivləri haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, ölkənin təhsil müəssisələri AzScienceNet-in xidmətlərindən istifadə edə, həmçinin bu şəbəkə elm və təhsil müəssisələrinin e-kitabxana resurslarının inteqratoru funksiyasını yerinə yetirə bilər.

Akademik sonra İnternetin tədris prosesinə müsbət və mənfi təsirləri ilə bağlı danışdı. Qeyd etdi ki, ölkəmizdə virtual distant təhsilin formalaşması üçün intellektual öyrədici on-layn resurslar, həmçinin biliklərin qiymətləndirilməsi üçün intellektual testoloji məhsullar hazırlanmalıdır. Onun sözlərinə görə, müasir dövrün çağırışları və reallıqları kontekstində pedaqoji və digər əlaqəli elmlərin qarşısında duran problemlərin araşdırılmasına multidissiplinar akademik elmi dəstəyin verilməsinə ehtiyac vardır.

R.Əliquliyevin toxunduğu növbəti mövzu elmi biliklərin təhsilə transformasiyası ilə əlaqədar idi. O, diqqətə çatdırdı ki, müasir dövrdə elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdən ibarətdir, buunun üçün isə insan fəaliyyətinin bütün sferalarında on-layn mühitlər üzrə kadr potensialı formalaşdırmaq lazımdır.

Məruzəçi çıxışının sonunda ölkədə həm real, həm də virtual məkanda müdafiəsini təmin etmək üçün kiberəsgərlərin yetişdirilməsi zərurətindən bəhs etdi. Bildirdi ki, bu məqsədə çatmaqdan ötrü şagirdlərə və tələbələrə İnternet resurslarında, sosial şəbəkələrdə, Wikipediada və  digər mənbələrdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri biliklər tədris olunmalıdır. Onun sözlərinə görə, AMEA-nın müvafiq institutları təhsil müəssisələrinə informasiya təhlükəsizliyi, informasiya müharibəsi texnologiyaları, təmçinin Wikipedia ensiklopediyasına dair biliklərin tədrisinə elmi-metodiki dəstək verə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı