“Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu üzrə imtahan keçirilib Noyabr 11, 2016 | 10:00 / Konfranslar, iclaslar

Məlumdur ki, Vikipediya virtual ensiklopediyası Azərbaycanın milli və mənəvi dəyərlərinin, o cümlədən elmimizin dünyada tanıdılması üçün ən optimal layihələrdən biridir.

AMEA-nın Rəyasət Heyətinin Qərarına əsasən Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin rolunun artırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutununda Viki Mərkəz yaradılmışdır. Viki Mərkəzin fəaliyyətinə vikimetrik tədqiqatlar, viki-treyninq işləri, viki-monitorinq işləri, viki-mühitin kontent təminatı və Vikipediyanın populyarlaşdırılması və təbliğatı işləri aiddir.

 Alim və mütəxəssislərin Vikipediya ensiklopediyasının zənginləşməsində fəal iştirakı, Azərbaycana aid kontentin virtual mühitdə artırılması üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.

Viki Mərkəzdə AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş viki-qruplara mühazirə və praktiki seminarlar keçirilir. Kurs çərçivəsində AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, alimlərimizin kitab və elmi əsərlərinin Vikipediyanın tələb və standartlarına müvafiq qaydada viki-səhifələr yerləşdirilməsi, viki-mühitdə Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanla bağlı yerləşdirilmiş kontentin zənginləşdirilməsi və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanır.

Həftədə 2 dəfə olmaqla 1 ay davam edən dərslərdə mühazirələr institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov, seminarlar isə sektor müdirləri İradə Ələkbərova və texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova tərəfindən aparılır. Kurs iştirakçıları yüksəksürətli internet və müasir kompüterlərlə təmin olunurlar.

Kurslar başa çatdıqdan sonra isə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Vikipediyaya daxil edilmiş kontentlərin monitorinqi aparılır, viki-qrupların Vikipediyada fəaliyyəti analiz edilir.

Noyabrın 10-da Viki Mərkəzdə növbəti “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunda iştirak edən şəxslərin biliklərinin yoxlanması məqsədilə imtahan keçirilib. Bu kurslarda AMEA-nın 14 institutundan 58 nəfər iştirak edib, onlardan 43 nəfəri imtahanları müvəffəqiyyətlə başa vurub.

AMEA-nın İnformasiya Texnologiyaları, Ədəbiyyat, Torpaqşünaslıq və Aqrokimya, İdarəetmə Sistemləri, Neft-Kimya Prosesləri institutlarının əməkdaşları kurslarda daha fəal işirak edərək hər biri virtual ensiklopediyaya onlarla məqalə yerləşdiriblər.

Kursların yay və payız semestrlərində iştirak edən və imtahanı müvəffəqiyyətlə başa vuran iştirakçılara noyabr ayının sonunda sertifikatlar və “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı kitabın təqdim olunması nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı