Viki-Mərkəzdə növbəti təlim kursları başa çatdı İyul 15, 2016 | 05:00 / Mühüm hadisələr

İyunun 20-dən iyulun 10-a kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrupların üzvləri üçün “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda növbəti təlim kursları keçirilmişdir.

Kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından 38 əməkdaş iştirak etmişdir. Viki-Mərkəzin əməkdaşları tərəfindən kurs iştirakçılarına Vikipediyanın problemləri və perspektivləri, əsas prinsipləri izah edilmiş, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları və s. öyrədilmişdir.

İyulun 14-də kurslarda iştirak edən şəxslərin biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmiş və onların bilikləri məqbul hesab edilmişdir. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.

Təlim kurslarında iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının sayının çoxluğu nəzərə alınaraq, 2016-cı ilin sentyabr ayında növbəti təlim kurslarının keçirilməsi planlaşdırılır.

Bundan başqa, yaxın gələcəkdə Viki-Mərkəz tərəfindən AMEA Naxçıvan və Gəncə bölmələrinin elmi müəssisə və təşkilatlarında yaradılan viki-qruplar üçün də müvafiq təlim kurslarının keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı