İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Oktyabr 27, 2015 | 12:06 / Mühüm hadisələr

1. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri. 

Komissiyanın üzvləri:

Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Elmir Vəlizadə – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Anar İmanov – Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan–Vyetnam Hökumətlərarası

Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2015-ci il.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı